İnternet Şəbəkəsi - obyektin internetə çıxışının o cümlədən istifadəçi komputerlərinin şirkətin istifadəçilər üçün müəyyən edəcəyi internetdən istifadə siyasəti əsasında daxili şəbəkə arxitekturasının qurulması.
İntranet Şəbəkə - daxili şəbəkə sisteminin arxitektur dizaynı və qurulması.
Optik İnternet - uzaq məsafələrə ötürülən şəbəkənin sürətinin və keyfiyyətinin saxlanması üçün xüsusi optik şəbəkə arxitekturasının qurulması.
Şəbəkə Avadanlıqları - şəbəkə sistemlərinin idarə edilməsi, monitoringi, şəbəkələşmənin təşkili, gateway, firewall, SİEM və log sistemləri üçün avadanlıqların alınması, quraşdırılması və sazlanması.
VPN – Qurulmuş sistemlərə, data mərkəzlərə, serverlərə, daxili şəbəkələrə dünyanın istənilən yerindən internet vasitəsi ilə lakin şifrələnmiş qapalı kanal üzərindən təhlükəsiz keçidin/girişin təmin edilməsi. VPN qoşulma əsasən data mərkəz, şirkət daxili serverlər, daxili şəbəkə mağazalarının 1 bazadan idarə olunması, vahid stock idarəetməsi və bu kimi digər sistem və şəbəkələrdə istifadə olunur.
Təhlükəsizlik/Audit - hazır qurulmuş şəbəkələrin və avadanlıqların audit edilməsi və stress testlərin təşkili.
Şirkətimiz şəbəkə həlləri ilə yanaşı şəbəkə və end-userlər (kompüter istifadəçiləri) üçün Texniki Dəstək xidmətini də sizə təklif edir. Texniki Dəstək xidməti ilə siz MİST-in peşəkar komandasından outsource xidməti olaraq yararlana bilərsiniz.